Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Saracıq kəndinin videogörüntülərini paylaşıb.

Saracıq kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.