Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər paylaşıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşımda deyilir: “Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin Müşahidəçi gününə hazırdırlar”.

Qeyd edək ki, bu gün təlimlər çərçivəsində Müşahidəçi günü olacaq.