Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 77 hərbçisi Türkiyənin “Baykar” şirkətində keçirilən təlimləri uğurla başa vurublar.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, 4 ay davam edən “Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin operatoru” təlimində iştirak edən hərbçilərimiz SİHA pilotu, komanda idarəetmə, yük operatoru və digər texniki vəzifələr üzrə sertifikatlar alıblar. Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Təlim Mərkəzində təşkil edilən mərasimdə təlimçilərə sertifikatları şirkətin baş direktoru Haluk Bayraktar və “Baykar Texnologiya”nın rəhbəri Səlcuq Bayraktar təqdim edib.