Ağcabədidə Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir. Şəhərin və bəzi kəndlərin küçələrinə şəhidlərin adları verilib. Həmin küçələrə lövhələrin vurulmasına başlanılıb.
44 günlük Vətən müharibəsində Ağcabədidən 42 nəfər şəhid olub.
Ağcabədi şəhərində 7, Hindarx qəsəbəsində 1 küçə şəhid adı daşıyacaq. Digər şəhidlərin adı isə doğulduğu kəndlərdəki küçələrə verilib.
Şəhidlərin adı verilən küçələrdən 5-də onların haqqında məlumat əks olunmuş lövhələr də vurulub. Bu proses digər küçələrdə də davam etdirilir.
Vətən müharibəsində şəhid olan ağcabədililərdən 12-si şəhərdəki Şəhidlər xiyabanında, digərləri isə kəndlərdəki qəbiristanlıqlarda dəfn olunublar.
Pərviz İmranoğlu