Müdafiə Nazirliyi Füzuli rayonunun Cuvarlı kəndindən videogörüntülər yayıb.

Cuvarlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu kəndi oktyabrın 17-də işğalçılardan azad edib.