Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntülərini yayıb.

Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşən Keşdək kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.