Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Təltif edilənlərin 3-ü general-mayor, 24-ü polkovnik, 105-i isə polkovnik-leytenantdır.