“Euronews” telekanalı bu dəfə tamaşaçılarına Suqovuşan kəndi haqqında reportaj təqdim edib.

Videomaterialda qeyd edilir ki, İkinci Qarabağ müharibəsi zamanı Bakının nəzarətinə keçən ilk kənd Madagiz oldu və ona rəsmi şəkildə azərbaycanlı adı qaytarıldı. Kanalın çəkiliş qrupu bu kəndin sakini, 14 yaşında ermənilər tərəfindən ailəsi ilə birgə doğma yurdundan didərgin salınan və 27 il Suqovuşana həsrət qalan Xaliq Hümbətovu özü ilə əraziyə apararaq vaxtilə onun yaşadığı evə baş çəkib.

Xaliq uşaqlıq xatirələrini bölüşərkən ermənilərin onun ailəsinin başına gətirdiyi müsibətlərdən danışıb. “Euronews”un müxbiri isə vurğulayir ki, Suqovuşana gedərkən bir neçə yoxlama məntəqəsindən keçməli olursan, hər yerdə hərbçilər var. Lakin yerli sakinlər evlərinə qayıtmaqlarını səbirsizliklə gözləyirlər.