Erməni KİV-i Fransa parlamentinin bir qrup üzvünün Ermənistan və Qarabağa səfər edəcəyini, eləcə də burada görüşlər keçirərək mövcud humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarını yazırlar.
Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva vurğulayıb ki, Azərbaycanın onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir və bu, dəyişilməz olaraq qalır: “Azərbaycan ərazisinə, o cümlədən, onun Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Ölkəmizin qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”.