“Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin təxribatlarının qarşısını alır”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında beynəlxalq ictimaiyyətin ölkəmizə dəstək göstərməsi Azərbaycanın xarici siyasətdə uzun müddət apardığı fəaliyyətin nəticəsidir.

Prezident köməkçisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün ardıcıl tədbirlərini davam etdirir: “Bu gün də emənilər tərəfəndən təxribatlar törədilir, cəbhənin müxtəilif istiqamətlərində Azərbaycan Ordusu təxribatlarının qarşısını alınır”.

H.Hacıyev ağ fosfordan istifadə ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, bu, Ermənistanın özünün qoşulduğu beynəlxalq konvensiyalara ziddir və Ermənistanın bu kimi silahlardan istifadə etməməsi barədə öhdəliyi var. Onun sözlərinə görə, Ermənistan ağ fosfordan isdtifadə edərək digər mülki obyektlərə zərər vura bilər. Ona görə də buna qarşı beynəlxalq cəmiyyət tərəfindən qınaq nümayiş etdirilməlidir.

H.Hacıyev əlavə edib ki, ağ fosfor kimyəvi silah hesab edilməsə də, insanlar üçün olduqca zərərlidir.

Prezidentin köməkçisi deyib ki, beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər: “Biz bunları açıq şəkildə izləyirik və görürük, qəti şəkildə pisləyirik. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq”.