Oktyabrın 29-da saat 13:50 radələrində Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bu addımını qəti surətdə pisləyib və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndirib.