AzTV | TV Redaksiyalar

«Ədəbi-dram verilişləri» redaksiyası

«Ədəbi-dram verilişləri» redaksiyası

         «Ədəbi-dram verilişləri» redaksiyası ədəbiyyatın, incəsənətin, mütəfəkkir, görkəmli, müasir şair və yazıçılarımızın təbliğinə xidmət edir.
         Bu redaksiya «Vətəndaş», , «Qobustan», «Əbədi abidələr», «Zamanın sorağında» kimi daimi verilişlər hazırlayır.

         Il ərzində «Böyük ömrün davamı» film-tamaşası, «Qədim yurdun baharı», «Əbədi zirvə» «Danışır və göstərir Bakı!», «Tarixin yollarında», «Mətbuat fədaisi», «Ağ işığın möcüzəsi», «Doymadım bu dünyadan», «Bir ömrün xatirəsi» sənədli filmləri, «Əbədiyyət silsiləsindən» «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı», «Heydər Əliyev və Azərbaycan mədəniyyəti», Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz», M.C.Paşayevə həsr olunmuş «Böyük fikrin karvanları» verilişləri hazırlanıb. «Ədəbi düşüncələr» telepritçasının M.Kazımbəy, S.Ə.Şirvani, Ş.I.Xətai, M.Ş.Vazeh, X.B.Natəvan, Q.B.Zakir, Heyran xanım, N.Hikmət, A.Ildırım, Ə.Kərim və digər görkəmli şəxsiyyətlərə həsr olunan xüsusi buraxılışlarını tamaşaçılara təqdim edib.
         «Ədəbi-Dram Verilişləri» redaksiyasının baş redaktoru Sadıq Elcanlıdır.