TV Redaksiyalar | Radio Redaksiyalar

"İctimai-siyasi proqramlar" redaksiyası

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "İctimai-siyasi proqramlar" redaksiyası həftə ərzində «Günün nəbzi», «Həftə», «Bizim planet», «Kənd saatı» informasiya-analitik proqramlarını və "Əsas məsələ" ictimai-siyasi tok-şousunu tamaşaçılara təqdim edir. Redaksiyanın əməkdaşları xüsusi çevikliklə tamaşaçıların diqqətini ölkədə və dünyada baş verən ən vacib siyasi, ictimai, sosial hadisələrə cəlb edir, onların mahiyyətini dürüst və qərəzsiz mövqedən təhlil etməyə çalışırlar. Hadisələrə politoloji və elmi nöqteyi-nəzərdən yanaşıldığı üçün redaksiyanın fəaliyyəti tamaşaçılar tərəfindən bəyənilir.

"İctimai-siyasi proqramlar" redaksiyasının baş redaktoru Sərvər Bayramovdur.