AzTV | TV Redaksiyalar

“Xəbərlər” redaksiyası

“Xəbərlər” 1926-cı ildən gün ərzində yarım saatlıq istehsalat xəbərləri ilə efirə çıxıb. 30-cu illərin ortalarından “Son xəbərlər”, 1966-cı il iyunun 13-dən “Günün Səsi”, 1991-ci ildən yenidən “Son Xəbərlər” adı ilə efirə çıxıb.

“Xəbərlər” gün ərzində 13 dəfə (8:00, 9:00, 10:00, 11:00, 12:00, 13:00, 14:00, 15:00 (rus), 17:00, 18:00, 19:00, 20:00, 22:00) efirə çıxır, dinləyicilərə ictimai-siyasi, sosial-iqtisadi, ekoloji, mədəni, idman və hava haqqında məlumatları çatdırır.

 Baş redaktor Zaur Rzayevdir