TV Redaksiyalar | Radio Redaksiyalar

«Səhər» redaksiyası

Redaksiyanın  fəaliyyəti çoxşaxəlidir.  Əsas verilişi hər gün  səhər saat 8.10-dan 10.00-a qədər  birbaşa yayımlanan «Gəl, səhərim»dir. Veriliş musiqili, publisistik və informasiya xarakterlidir, tariximizi, milli-mənəvi dəyərlərimizi təbliğ edir, yeniliklərdən soraq verir. Bu veriliş dinləyicilərə xoş səhər ovqatı aşılayır.

«Səhər»in yaradıcı heyəti efirə müxtəlif verilişlər təqdim edir. Bunlardan «Qum saatı», «Düşüncə», "Soruşun cavab verək", "Azərbaycan təbiəti", "Gecə düşüncə", "Xəzinə inciləri", "Gün başladı", "Kadrarxası" proqramları dünləyicilərin daha çox marağına səbəb olub.   

«Səhər» redaksiyasının baş redaktoru Bəxtiyar Bəxtiyarovdur.