AzTV | TV Redaksiyalar

“Xalq yaradıcılığı” redaksiyası

       Bu redaksiya məşhur “Bulaq” verilişinin özülündə formalaşıb. Ölməz sənətkarlarımız Səməndər Rzayev  və  Məhluqa Sadıqovanın səsi ilə ürəklərə yol tapmış, istedadlı yazarlar nəslini öz ətrafına toplamış “Bulaq” 45 ildən çoxdur ki, öz missiyasını şərəflə yerinə yetirməkdədir.

      “Ozanların dilindən”, “Dastandan üzü bəri”, “Şirvan şikəstəsi”, “İrəvan çuxuru”,  “İlmə”, “Ocaq başı”, “Söz naxışı”, “Yerin-yurdun, adın-andım”,  “İpək yolu”, “Könül körpüsü”, “Ustad nəfəsi” kimi verilişlərdə folklorumuz müxtəlif yönümlərdə tətbiq olunur, toplanır,  qədim yer-yurd adlarımız, o yurdların şifahi ədəbiyyatı üzə çıxarılır.

     Baş redaktor Tahir Talıblıdır.