TV Redaksiyalar | Radio Redaksiyalar

"Musiqi verilişləri" redaksiyası

Azərbaycanın xalq, klassik və estrada musiqisini, görkəmli sənətkarlarımızın yaradıcılığını təbliğ edən veriliş və proqramlar hazirlayir, ölkəmizdə və xaricdə keçirilən musiqi festivalları və müsabiqələrində iştirak edən musiqiçilərimizin nailiyyətlərini dinləyicilərə təqdim edir.

“Muğam dünyamız”, “Musiqi dünyası”, “Ovqat”, “Azərbaycanın musiqi aləmində”, "Çələng”, “Axşam görüşləri”, “Azərbaycanın estrada musiqisi”, “Musiqi təqvimi”, "Nəğməli səhər", "Kino və musiqi", "Gecəniz xeyirə qalsın", "Xəbəriniz olsun", "Daha bir görüş", "Arzu musiqi poçtu", "Axşamçağı", "Əbədiyaşarlar" kimi verilişlər dinləyicilər arasında böyük rəğbət qazanıb.

“Radionun qızıl fondundan”, “Unudulmaz ifalar”, “Yadigar səslər”, “Səs xəzinəmizdən” adı ilə təqdim olunan konsert proqramlarında dünyasını dəyişmiş görkəmli sənətkarlarımız yad olunur.

"Musiqi verilişləri" redaksiyasının Baş redaktoru Hacıbaba Məmmədovdur.