TV Redaksiyalar | Radio Redaksiyalar

«Usaq Verilişləri» redaksiyası

Azərbaycan balalarına gələcəyin qurucusu, sabahın vətəndaşı kimi baxan redaksiya uşaqların təlim-tərbiyəsinə, əyləncə və istirahətinə, maraq və dünyagörüşünə yaradıcı yanaşır. Cəmiyyətimizdə yaxşı nə varsa hamısından uşaqlara pay düşür. Həyatımızın bir parçası, qızıl fondu olan balalar bu günümüzlə sabahımız arasında mənəvi körpüdür. Uşaqlara uşaq kimi baxmaq ideyasından uzaq olan əməkdaşlar hazırladıqları bütün verilişlərdə bu ideya və məfkurəyə sadiq qalmağa çalışırlar.

Mövsümi vaxtlara uyğun olaraq uşaqlar üçün yazılan verilişlərin adı və məzmunu il ərzində dəyişir və efirə yeni vəsiqə alır. «Uğur», «Məktəb illəri», «Böyük tənəffüs» və «Dünyanı tanıyın» verilişləri efirə yeni vəsiqə alan proqramlar sırasındadır.  «Sabaha pəncərə», «Yaşıl planet» uşaqların dünyagörüşünün formalaşmasında, coğrafi məlumatlarının genişlənməsində öyrədici rola malikdir. «Anasının balası», «Haydı, qoçaqlar» verilişlərinin ana xətti balalara Vətən və ana məhəbbəti aşılayır. «Boğça», «Uşaqdan xəbər al» proqramları bir az yumor üstdə köklənən verilişlərdəndir.

«Uşaq verilişləri» redaksiyası «Navalça», «Bəhər», «Əsrlərə səyahət» verilişləri ilə də uşaqları  şənləndirir.  Bütün verilişlərin qəhrəmanı da, iştirakçısı da, çıxışçısı da uşaqlar, eləcə də onların müəllim və valideynləridir.

«Usaq Verilişləri» redaksiyasının Baş redaktoru Ələmdar Quluzadədir.