AzTV | TV Redaksiyalar

«Səhər» musiqi-informasiya proqramı

«Səhər» musiqi-informasiya proqramı 1995-ci ildən efirdədir. Bu proqram səhər saat 8:15-dən 11:00-a kimi  canlı yayımlanır. Müxtəlif illərdə bir-birindən maraqlı mövzuları əhatə edən fərqli rubrikaların yer aldığı “Səhər” proqramı hal-hazırda “Sənət söhbətləri”, “Ekspertiza”, “ Elmi  xəbər”,   “Animasiya”,  “Dünya şəhərləri”, “Adalar”, “Xəbəriniz olsun”, “Afişa”, “Daşlar”, “Heyvanlar aləmi”, “ “Dünya möcüzələri”, “Bizim Bakı”, “İxtiralar”, “Premyera”, “Kinoxəbər”, “Şou-biznes xəbərləri”, “Dünya ulduzları”, “Sənət söhbətləri”,”Retro”, “Həftənin mədəniyyət yekunları”, “Kino məkanlar”, “Soundtrack”, “Qeyri-adi yerlər”, “Dəblə geyin”, “Sağlam böyüdək”,  “Bacarıqlı əllər ”, “Bir mahnı”, “Operalar”, “Qəsrlər”, “Güllərə qulluq”,  “Dünyada nələr olmur” kimi  rəngarəng  rubrikalarla tamaşaçıların görüşünə gəlir.


         Teleməkanımızdakı digər səhər proqramlarının yaranmasına təkan verən bu verilişdə ən son xəbərlər işıqlandırılır, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri çıxış edir, günün aktual mövzularına, hadisələrinə münasibət bildirirlər. Proqram boyu həmçinin hava haqqında məlumat, eləcə də yol hərəkəti qaydaları barədə maarifləndirici materiallar verilir.  «Səhər» proqramının yaradıcı heyəti öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə almağa çalışır.
 

           Redaksiyanın bas redaktoru Nəcibə Əlixanova, bas rejissoru Araz Sultanovdur.