AzTV | TV Redaksiyalar

Hüquq departamenti

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 
hüquq departamenti

         Hüquq departamenti 2007-ci ilin fevral ayında yaradılıb. Departamentin əsas vəzifələri aşağıdakılardır:

 QSC-in fəaliyyətinə aid müxtəlif təyinatlı normativ sənədlərin hazırlanması;
 QSC-in müəllif hüquqlarının qorunması;
 müqavilələrin və rəylərin hazırlanması;
 qanunvericiliyə aid təkliflərin hazırlanması;
 QSC-in məhkəmələrdə təmsil edilməsi;
 fərdi əmək mübahisələrinin tənzimlənməsi;
 müxtəlif sorğu və cavabların hazırlanması.

         İndiyədək hüquq departamenti cəmiyyətin fəaliyyətinə dair aşağıdakı normativ sənədləri hazırlayaraq təsdiq edilməsi üçün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İdarə Heyətinə təqdim edilmişdir:

 «Hüquq departamenti haqqında» Əsasnamə; 
 “Kadrlar və Xüsusi İşlər Departamenti haqqında» Əsasnamə; 
 «Mühasibat uçotu və hesabat departamenti haqqında» Əsasnamə; 
 «Plan-maliyyə departamenti haqqında» Əsasnamə; 
 «Reklam və Elanlar Departamenti haqqında» Əsasnamə; 
 «Texniki nəzarət şöbəsi haqqında» Əsasnamə; 
 «Videokino materialları şöbəsi haqqında» Əsasnamə; 
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 2008-2010-cu il üçün Sahə Sazişi»; 
 Kollektiv Müqavilə;
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin iclaslarının keçirilməsi Qaydaları»;
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daxili əmək və icra intizamı qaydaları haqqında» Əsasnamə; 
 «Əməyin mühafizəsi xidməti haqqında» Əsasnamə; 
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində fərdi əmək mübahisələrinə baxılma qaydası haqqında» Əsasnamə;
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində zərərli iş şəraiti, sağlamlığın və əməyin mühafizəsi haqqında» Əsasnamə; 
 Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin işçilərinin əməyinin mükafatlandırılması (maddi stimullaşdırılması) və cərimələnməsi qaydaları haqqında» Əsasnamə;
 «Teleradio verilişlərinin texniki və istehsalat sahələrində görülən iş və xidmətlərin qiymətləndirilməsinin (kalkulyasiyasının) hazırlanması Qaydaları»; 
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti üzrə texnoloji avadanlıqlarda görülən təmir, sazlama, montaj və s. Xidmətlər üzrə əməyin ödənilməsinin Qiymətlər Cədvəli»;
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin büdcədənkənar vəsaitləri (fondu) haqqında» Əsasnamə; 
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin televiziya və radio verilişlərinin, televiziya filmlərinin və digər televiziya və radio əsərlərinin yaradıcılarına ödənilən müəllif qonorarlarının və s. ödənişlərin minimum miqdarı və verilməsi Qaydaları».

         Hazırda hüquq departamenti tərəfindən Cəmiyyətin digər struktur bölmələrinin əsasnamələrinin və fəaliyyətini tənzimləyən bir sıra qaydaların hazırlanması həyata keçirilir. 
         Departamentin rəisi Sədrəddin İsgəndərovdur.