AzTV | TV Redaksiyalar

“Hərbi-vətənpərvərlik” baş redaksiyası

 

 

      Televiziyamızın “Hərbi-Vətənpərvərlik” baş redaksiyası 2009-cu ildə yardılıb.        Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həyatını,xalqımızın hərb tarixini,həmin tarixi yaradan sərkərdələr və qəhrəmanları təqdim edən redaksiya hər həftə bir saatlıq “Azərbaycan Respublikasına xidmət edirəm!” proqramı ilə eifrə çıxır. Proqram  5 rubrika ilə təqdim ounur. “Atəş xətti” rubrikasında cəbhə rayonlarında dislokasiya olunan hərbi hissələrdəki şəxsi heyətin xidmətindən danışılır. “Poliqon” rubrikasında Silahlı Qüvvələrimizə aid müxtəlif qoşun növlərinin təlimləri təqdim edilməklə bərabər, hərbi ekspertlərin fikirlərinə yer verilir. “Arsenal” rubrikasında  isə təkcə  ordumuzun cəbbəxanası ilə deyil, dünyanın ən qabaqcıl ordularının silahlanmasında yer alan texnika və qurğularla tanış olmaq mümkündür. “Vətən daşı” rubrikası təkcə Azərbaycan Respublikası deyil, ümumilikdə xalqımızın həyatında müstəsna xidmətləri olan insanları,sərkərdələri, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adını almış həmvətənlərimizi təqdim edir. Proqramdakı “Milli Qəhrəmanlarımız” rubrikası hər dəfə bir-neçə qəhrəmanımızın həyatı və döyüş yolu barədə danışır.

    Hər həftənin bazar günü saat 12.00-da efirə gedən proqramda Silahlı Qüvvələrimizin həyatında baş verən ən mühüm hadisələr  də əks olunur.