TV Redaksiyalar | Radio Redaksiyalar

"Uşaq və Gənclik Proqramları" redaksiyası

“Uşaq və Gənclik Proqramları” redaksiyasının əsas məqsədi Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətini təbliğ etmək, cəmiyyətin aparıcı qüvvələrinin potensial ikmkanlarını üzə çıxartmaqdır. Redaksiyanın əsas istiqamətləri sırasında uşaq və gənclərin maarifləndirilməsi, onların uğur və nailiyyətlərinin tamaşaçılara çatdırılması dayanır.

“Mən də uşaq olmuşam” - Həftəlik,  əyləncəli, publisistik proqram. Tanınmış sənət adamlarının, o cümlədən müxtəlif peşə sahiblərinin  uşaqlıq xatirələri geniş tamaşaçı auditoriyasına təqdim olunur.

“Dərsdən sonra” -  Uşaqlar üçün maarifləndirici, həftəlik proqram. Verilişdə uşaqlar  rəssamlığın ayrı-ayrı janrları haqqında məlumatlar əldə edir, seçilmiş mövzuya uyğun rəsmlər çəkir, habelə müxtəlif peşə və sənət haqqında maraqlı bilgilər öyrənirlər.

“Təmas nöqtəsi” -  Gənclər üçün analitik həftəlik  verilişdə  gənclərin cəmiyyətdəki yeri və rolu haqqında söhbət açılır,onların müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirakı işıqlandırılır. Ekspertlərin iştirakı ilə günün mövzusu müzakirə olunur.

“Tələbə dünyası” - Publisistik proqram  ayda iki dəfə   efirdə yayımlanır. Veriliş adından göründüyü kimi, tələbələrə həsr olunur. Ölkəmizdə elə bir tələbə və ya  tələbə təşkilatı tapılmaz ki, onun uğuru bu verilişdə işıqlandırılmasın.

“Nəsillərin debatı” - Tok-şousunda müasir gənclik cəmiyyətdə baş verən prosesləri, xüsusən də dövrün aktual mövzularını orta nəslin nümayəndələri ilə birgə müzakirə obyektinə çevirir. Veriliş həftədə iki dəfə yayımlanır.

 “Müasir Azərbaycan gənci” - Gənclər ücün əyləncəli,  publisistik proqram. 

“Mən azərbaycanlıyam” - Gənclərin intellektual yarışması.

“Sənət ocağı” - Verilişdə musiqi və incəsənət sahəsində çalışan peşəkarların gənclərlə apardığı təcrübə mübadiləsinə geniş yer ayrılır. Aparılan “Ustad dərsləri” gələcək kadrların formalaşmasına xidmət edir.    

“Uşaq və Gənclik Proqramları" redaksiyasının Baş redaktoru Şəmsiyyə Fərhadqızıdır.