TV Redaksiyalar | Radio Redaksiyalar

"Maarifçilik" redaksiyası

“Maarifçilik” redaksiyası 2007-ci ilin aprelində həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yaradılan qurumlardan biridir. Bu redaksiya cəmiyyətimizdə bilik, savad və mədəniyyəti sistemli şəkildə təbliğ edən, estetik, etik, ictimai və bədii ideyaları formalaşdıran verilişlər hazırlayır. Redaksiya tamaşaçılara 12  adda veriliş təqdim edir.

“Bağçılıq” kütləvi proqramdır. Ayda 4 dəfə efirə çıxır. 30 dəqiqə ərzində mövsümi bağçılığın vacib problemləri barədə maraqlı məlumatlar verilir, ayrı-ayrı bağ və bostan bitkilərinin becərilməsi öyrədilir, istixanaların işlədilmə texnologiyası aydınlaşdırılır.

“Azərbaycan tarixi” maarifləndirici proqramdır. Ayda 4 dəfə efirə gedir. Verilişdə tamaşaçılara  Azərbaycanın  tarixinə aid müxtəlif  bilgilər verilir. 

“Maarifçilik işığında” maarifləndirici proqramdır. Ayda 1 dəfə efirə çıxır. 30 dəqiqə ərzində Azərbaycanda maarifçilik hərəkatının tarixi, maarifçilik cəmiyyətlərinin və ayrı-ayrı görkəmli adamların maarifçilik fəaliyyətindən söhbət açılır.

“Maraq dünyası”  ayda 1 dəfə  efirə gedir. Verilişdə kolleksiyaçılardan və müxtəlif peşə sahələrini təmsil  edən insanların maraq dünyasından   söhbət açılır.

“Rənglərin nəğməsi”. Ayda 2 dəfə, hərəsi 20 dəqiqə müddətində efirdə yayımlanan  verilişdə  rassamların emalatxanalarından  süjetlər təqdim olunur.

“Sərbəst söhbət” ayda 2 dəfə göstərilir. Görkəmli sənət adamları ilə söhbətlər təşkil olunur.

“Ana dili” ayda 4 dəfə efirə çıxır. (hərəsi 15 dəqiqə müddətində) Təlim-təhsil proqramıdır. Xaricdə yaşayan azərbaycanlılar və ölkəmizdə olan əcnəbilər üçün nəzərdə tutulub.

“Kinosalnamə” ayda 2 dəfə göstərilir. Maarifçilik proqramıdır. Azərbaycan filmlərinin yaranma tarixi barədə məlumat verilir, sənətkarlıq xüsusiyyətləri barədə danışılır. Verilişin sonunda haqqında söhbət açılan  film nümayiş etdirilir.

“Maarifçilik” redaksiyasının baş redaktoru  Sevinc Mütəllibovadır.