AzTV | TV Redaksiyalar

Musiqi və əyləncəli proqramlar redaksiyası

Bu redaksiya Azərbaycanın klassik, xalq və pop musiqisini, görkəmli sənətkarlarımızın yaradıcılığını təbliğ edən veriliş və proqramlar hazırlayır, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq festivalları tamaşaçılara təqdim edir. Redaksiya  «Məclisi-üns», “Yada düşər xatirələr”  “Musiqi xəzinəsi”,    adlı verilişlərlə yanaşı “Azərbaycan yurdum mənim” ,  “Bakı fəvvarələri”  «Muğam dünyamız», “Nəğməli səhərlər” , “Estrada musiqisi” , “İnstrumental musiqi”,  “El havaları”  adlı konsert proqramları ilə tamaşaçıların görüşünə gəlir.

Bu redaksiyanın təşkilatçılığı ilə keçirilən «Muğam müsabiqəsi-2007» ictimaiyyət arasında böyük nüfuz qazandı və ölkə teleməkanında ən uğurlu layihə kimi qiymətləndirildi. Hal hazırda  həftədə 2 dəfə canlı olaraq yayımlanan “Muğam  televiziya müsabiqəsi 2011”  də eyni uğuru təkrarlayır. 
Musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Hikmət  Şahbazov, baş rejissoru Rövnəq Həsənzadədir.