AzTV | TV Redaksiyalar

“Xəbərlər” informasiya proqramları studiyası

       AzTV-nin informasiya buraxılışı 1960-cı ildən “Günün yenilikləri” adı ilə efirə çıxıb. Hazırda “Xəbərlər ” adlı informasiya buraxılışı müxtəlif illərdə “Son xəbərlər” , “Günün səsi” və “Günün ekranı” adı ilə yayımlanıb. “Xəbərlər” informasiya proqramı hər gün 8 dəfə 08:00, 11:00, 14:00, 17:00, 18:00 (rus dilində),20:00, 24:00 və gecə 02:00-da (ingilis dilində)efirə çıxır. Bu proqramın Türkiyə, Şimali Amerika, Rusiya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan və orta Asiya , Cin və Şərqi Asiya,  Qərbi Avropa ölkələri  üzrə müxbir məntəqələri mövcuddur. TV və RV informasiya proqramlari studiyasinin bas direktoru Məqsəd Nur, direktoru isə Mehriban Məmmədovadır.