AzTV | Haqqımızda

Rəşad Barat oğlu Nəsirov

Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub.

1994-cü ildə Bakı səhər 39 saylı orta məktəbi, 1999-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.

ANS, “Lider” telekanallarında və İctimai Televiziyada çalışıb.

2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor və “Xəbərlər” informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. 

Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini təyin olunub. 

Türk, ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var.