Baş səhifə | Saytın xəritəsi | | | Seçilmişlər
Xəbərlər
Şirkətimiz
 Struktur
 Televiziya
r
 Radio

  Redaksiyalar
 Azərbaycan Telefilm
r
r
Proqram
Canlı yayım
Vakansiya
Əlaqə məlumat
 

TV Redaksiyaları

«Səhər» Musiqi-İnformasiya Proqramı Redaksiyası

«Səhər» Musiqi-İnformasiya Proqramı Redaksiyası

         «Səhər» musiqili-informasiya proqramı 1995-ci ildən efirdədir. Bu proqram səhər saat 8:15-dən 10:00-a kimi «Səhərin təqvimi», «Faydalı məsləhətlər», «Xəbəriniz olsun», «Afişa», «Sağlıq olsun», «Dünyada nələr olmur», «Dəblə geyim», «Bilirsinizmi», «Təbiətlə üz-üzə», «Bacarıqlı əllər», «Xəzinə», «Səyyah», «Sənət fədailəri», «Bələdçi» və s. rubrikalarla tamaşaçıların görüşünə gəlir. Verilişdə həmçinin canlı bağlantı vasitəsilə dövlət yol polisinin gündəlik məlumatı və qəzetlərin xülasəsi də təqdim olunur.
         Teleməkanımızdakı digər səhər proqramlarının yaranmasına təkan verən bu verilişdə ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri çıxış edirlər. Canlı yayımda tamaşaçılar dəvət olunmuş qonağa onları maraqlandıran suallarla müraciət edə bilirlər. «Səhər» verilişinin yaradıcı qrupu öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə almağa çalışır.
         Son illərdə bu proqramda yeni rubrikalar açılıb, yeni aparıcılar dəvət olunub və musiqi siyasətində dəyişikliklər edilib. Yaxın günlərdə isə «Səhər» proqramı tamamilə yeni tərtibatda efirə çıxmağa hazırlaşır.
         Həftənin şənbə günləri isə bu redaksiya «Bizim şənbə qonağımız» adlanan verilişlə efirə çıxır. Saat 8:15-dən 10:00-a qədər davam edən bu veriliş tanınmış incəsənət və ictimai xadimin həyat və yaradıcılığına həsr olunur. Veriliş boyu canlı telefon bağlantısı ilə tamaşaçılar qonağa suallarını verir və fikirlərini söyləyirlər.
         Redaksiyanın baş redaktoru Əsəd Məmmədovdur.

© Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2009
 
  Rambler's Top100