Baş səhifə | Saytın xəritəsi | | | Seçilmişlər
Xəbərlər
Şirkətimiz
 Struktur
 Televiziya
r
 Radio

  Redaksiyalar
 Azərbaycan Telefilm
r
r
Proqram
Canlı yayım
Vakansiya
Əlaqə məlumat
 

TV Redaksiyaları

Baş Proqram Direktorluğu

Baş Proqram Direktorluğu

         Baş Proqram Direktorluğu televiziyanın fəaliyyətini tənzimləyir. Qurumun tərkibinə Proqramlaşma, planlaşma və analitik, buraxılış və əlaqələndirmə şöbələri daxildir.
         Baş Proqram Direktorluğu televiziyanın proqram şəbəkəsinin tərtibi, veriliş və proqramların müvafiq təqvim planına uyğun yerləşdirilməsi, xaricdə istehsal olunan audiovizual proqramların seçimi, redaksiya və departamentlərin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olur. Şəbəkə tərtib olunarkən teleməkanın monitorinqinin nəticələri nəzərə alınır.
         Proqram Direktorluğu reklam çarxlarının efirdə «Televiziya və Radio Yayımı haqqında» qanununun tələblərinə uyğun yerləşdirilməsi ilə yanaşı, həm də istehsalını təmin edir. Şəbəkəyə daxil edilən proqram, veriliş və filmlərin vaxtında anons edilməsinə nəzarət də Proqram Direktorluğunun səlahiyyətinə daxildir. Hazırda Azərbaycan televiziyasında istehsal edilən anonslar müasir televiziya məkanında öz dəsti-xətti ilə seçilir.
         Proqram Direktorluğu Azərbaycan Televiziyasında indiyə qədər istehsal olunan bütün audiovizual məhsulların arxivləşdirilməsi, çeşidlənərək saxlanması və fondlaşdırılmasını təmin edir. Direktorluğun videotekasında ölkənin ictimai, siyasi, mədəni və sosial həyatını əhatə edən 40 min saatdan artıq material var.
         Dörd növbəli iş rejimində işləyən mütəxəssislərin hesabına Proqram Direktorluğu televiziyanın 24 saatlıq efirini verilişlərlə təmini edir. Azərbaycan Televiziyasının proqram şəbəkəsində 80-dən artıq müxtəlif janrlı orijinal proqramlar mövcüddur. Bu isə həftə ərzində təxminən 50 saata yaxın yeni veriliş deməkdir.
         Baş proqram direktorluğuna İlham Alışanov rəhbərlik edir. Direktorun birinci müavini Eldar Bayramov, müavini Telli Pənahqızı, Proqramlaşma, planlaşma və analitik şöbənin müdiri Minijə Cəfərli. Direktorluğun baş rejissoru Yusif Quliyevdir.

© Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2009
 
  Rambler's Top100