Dövri
Nəşrlər və Sosioloji Araşdırmalar Departamenti
2006-cı
il dekabr ayının 31-dək «Ekran-Efir» qəzetinin redaksiyası,
2007-ci il mart ayının 15-dək «Dövri Nəşrlər» redaksiyası
adlanan bu qurum hazırda «Dövri Nəşrlər və Sosioloji Araşdırmalar»
Departamenti adlanır.
Departamentə
aşağıdakı strukturlar daxildir:
1) «TV plyus» jurnalının redaksiyası
2) «Ekran-Efir» qəzetinin redaksiyası
3) Rəy sorğusu mərkəzi
«TV
plyus» jurnalı ölkənin ilk teleradio jurnalıdır, aylıqdır.
2007-ci ilin yanvarından dərc olunur.
«TV
plyus»da ölkənin siyasi və iqtisadi həyatının mənzərəsi,
Azərbaycan Televiziyasının yeni layihələri, ölkə teleməkanı
barədə yazılar, dünya televiziyaları, yeni telelayihələr,
kino xəbərləri, yeni filmlərin təqdimatı, yerli və xarici
tele-kino ulduzlar barədə materiallar, eyni zamanda, müxtəlif
araşdırmalar, reytinqlər, sağlamlıq, avtomobil, dəb, idman
mövzularında yazılar dərc edilir.
2007-ci
ildə jurnalın 3 xüsusi buraxılışı işıq üzü görüb. Bunlardan
biri ölkə mediasının görkəmli nümayəndəsi Nəsir İmanquliyevə
həsr edilib. Digəri tarixində ilk dəfə əsl islahatlara başlanılmış
Azərbaycan Televiziyasında bir il ərzində əldə olunmuş nailiyyətləri
əhatə edib. Sonuncu xüsusi buraxılış isə Ümummilli lider
Heydər Əliyevə həsr olunub. «Əbədiyyət» adlanan bu buraxılışda
Heydər Əliyevin həyat yolu, fəaliyyəti barəsində görkəmli
şəxslərin söylədikləri fikirlər, özünün aforizmləri, habelə
fotoşəkillər toplanıb.
«Ekran-Efir»
qəzeti 1957-ci ildən işıq üzü görür. 2007-ci ilin yanvarından
qəzet 8 səhifəlik həcmdən 16, 2007-ci ilin sentyabrından
isə 24 səhifəyə keçib. Qəzetdə Azərbaycan Televiziyası və
Radiosunun, ölkənin digər telekanallarının, eyni zamanda,
aparıcı xarici peyk kanallarının həftəlik proqramları, ən
müxtəlif tele-kino reytinqlər, televiziya və kino xəbərləri
dərc edilir.
Rəy
sorğusu mərkəzi Azərbaycan Televiziyasının proqramlarının,
qurumlarının, ölkə telekanallarının reytinqlərini, teleauditoriyanın
tərkibini müəyyənləşdirir.
Mərkəz
anonim telefon və anket sorğularına üstünlük verir. 2007-ci
ildə 7086 respondent arasında telefon sorğusu, 52 idarə
və müəssisədə adbaad rəy sorğusu keçirilib.
Departamentin
direktoru Varis Yolçuyevdir.
Telefon:
439 5117, 439 7065
Faks: 492 8052
E-mail: tvplus@aztv.az
|