Musiqi
və əyləncəli proqramlar redaksiyası
Bu
redaksiya Azərbaycanın klassik, xalq və pop musiqisini,
görkəmli sənətkarlarımızın yaradıcılığını təbliğ edən veriliş
və proqramlar hazırlayır, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq
festivalları tamaşaçılara təqdim edir. Redaksiya «Məclisi-üns»,
«Muğam axşamı», «Muğam dünyamız», «Şənbədən şənbəyə», «Dünya
estradasının ulduzları», «İnstrumental musiqi», «Kliplər,
Kliplər», «Estrada musiqisi» kimi verilişlərlə tamaşaçıların
görüşünə gəlir.
Bu
redaksiyanın təşkilatçılığı ilə keçirilən «Muğam müsabiqəsi-2007»
ictimaiyyət arasında böyük nüfuz qazandı və ölkə teleməkanında
ən uğurlu layihə kimi qiymətləndirildi.
Musiqi
və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Nadir
Axundov, baş rejissoru Rövnəq Həsənzadədir .
|