Maarifçilik
redaksiyası
Maarifçilik
redaksiyası 2007-ci ilin aprelində həyata keçirilmiş struktur
dəyişiklikləri nəticəsində yaradılan yeni qurumlardan biridir.
Bu redaksiya cəmiyyətimizdə bilik, savad və mədəniyyəti
sistemli şəkildə təbliğ edən, estetik, etik, ictimai və
bədii ideyaları formalaşdıran verilişlər hazırlayır. Redaksiya
tamaşaçılara 16 adda veriliş təqdim edir.
«Sağlamlıq»
verilişi səhiyyə proqramıdır. Ayda 4 dəfə (hərəsi 30 dəqiqə)
efirə çıxır. Burada ölkə səhiyyəsindəki ən müxtəlif elmi
nailiyyətlərdən və problemlərdən bəhs olunur.
«Təhsil
və tərəqqi» verilişi maarifçilik proqramıdır. Ayda 4 dəfə
(hərəsi 30 dəqiqə) efirdədir. Verilişdə təhsilin aktual
problemləri şərh olunur, onların elmi-nəzəri xüsusiyyətləri
peşəkar mütəxəssislər tərəfindən təhlil edilir.
«Sarı
sim» bədii-publisistik proqramdır. Ayda 4 dəfə (hərəsi 30
dəqiqə) efirə çıxır. Burada Azərbaycanın görkəmli ədəbiyyat,
incəsənət, elm xadimləri, müxtəlif peşə sahibləri barədə
portret-oçerklər hazırlanır. Veriliş həm dünyasını dəyişmiş,
həm də çağdaş dövrdə fəaliyyət göstərən insanlara həsr olunur.
«Bağçılıq»
kütləvi proqramdır. Ayda 4 dəfə göstərilir. 30 dəqiqə ərzində
mövsümi bağçılığın vacib problemləri barədə maraqlı məlumatlar
verilir, ayrı-ayrı bağ və bostan bitkilərinin becərilməsi
öyrədilir, istixanaların işlədilmə texnologiyası aydınlaşdırılır.
«Yeni
əsr, yeni nəsil» yarım saatlıq bədii-publisistik proqramdır.
Ayda 2 dəfə efirə çıxır. Burada «Regionların Sosial-İqtisadi
İnkişaf Proqramı» və Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə
tikilən və təmir olunan məktəblər barədə reportaj-oçerklər
hazırlanır. Verilişdə həmçinin təhsilin vacib problemlərinin
elmi-nəzəri prinsipləri, qabaqcıl texnologiyanın tətbiqi
istiqamətində görülən işlər barədə də süjetlər verilir.
«Zəka
nuru» nəzəri-publisistik proqramdır. Ayda 2 dəfə (hərəsi
30 dəqiqə) göstərilir. Ölkəmizdə çap olunmuş bədii, elmi-texniki,
ensiklopedik xarakterli nəşrlərin təbliği və şərhi diqqət
mərkəzində saxlanılır. Verilişdə həmçinin milli zəka sahiblərimiz
haqqında kiçik formatlı portret-oçerklər də yaradılır.
«Təklikdə
hamı ilə» 45 dəqiqəlik kütləvi-publisistik maarifçi proqramdır.
Ayda 2 dəfə efirə çıxır. XIX əsrdən tutmuş XX əsrin I yarısına
kimi Azərbaycanda, eləcə də azərbaycanlıların böyük əksəriyyət
təşkil etdikləri Tiflis və İrəvan şəhərlərində fəaliyyət
göstərmiş maarifpərvər ziyalılar, ictimai xadimlər barədə
nəzəri-təhlili, tarixi-xronoloji bədii oçerklər verilir.
«Ekologiya
və həyat» yarım saatlıq kütləvi publisist proqramıdır. Ayda
2 dəfə nümayiş etdirilir. Verilişdə ölkəmizin ən vacib ekologiya
məsələləri həm publisist, həm də elmi-nəzəri baxımdan təcəssüm
tapır. Həmçinin dünyanın mühüm ekoloji problemləri və hadisələri
haqqında ayrıca rubrikada məlumat verilir.
«Orfey»
bədii-publisistik proqramdır. Ayda 2 dəfə (hərəsi 30 dəqiqə)
efirə çıxır. Verilişdə antik dövrdən bu günümüzə qədər mövcud
olmuş musiqi janrlarının estetik səciyyələrindən, dünyanın
korifey sənətkarlarının, məsələn Antonio Vivaldi, İohan
Sebastyan Bax, Lüdviq van Bethoven, Vilhelm Rixard Vaqner,
Cakomo Puççini, Coakkino Rossini, Cüzeppe Verdi, Modest
Musorqski, Pyotr Çaykovski, Mixail Qlinka və başqalarının
yaradıcılığından bəhs edilir.
«Min
illərin işığı» publisist-etnoqrafik proqramdır. Ayda 2 dəfə
(30 dəqiqəlik) göstərilir. Verilişdə geniş mənada türkdilli
xalqların mənəvi dəyərlərindən, ortaq mədəniyyət xüsusiyyələrindən
elmi-nəzəri söhbət açılır.
«Daş
nağılı» bədii-publisistik proqramdır. Ayda 2 dəfə (hərəsi
30 dəqiqə) efirə çıxır. Bakıda müxtəlif illərdə ucaldılmış
heykəllər, onların müəllifləri və memarları barədə elmi-informatik
məlumat verilir.
«Vernisaj»
15 dəqiqəlik bədii-publisistik proqramdır. Ayda 2 dəfə nümayiş
etdirilir. Verilişdə Azərbaycan Dövlət İncəsənət Muzeyində
qorunan dünya xalqlarının sənət inciləri və Azərbaycan təsviri
sənətinin nadir nümunələri barədə elmi-nəzəri biliklər çatdırılır.
Gələcəkdə proqramda Azərbaycan Dövlət Tarix Muzeyinin, Azərbaycan
Dövlət Xalçaçılıq Muzeyinin nadir eksponatları barədə də
məlumatlar olacaq.
«Sabahın
təhsili» tok-şoudur. Ayda 1 və ya 2 dəfə (hərəsi 45 dəqiqə)
efirə çıxır. Burada səhiyyə sistemindəki ən ciddi problemlər
alim, həkim və psixoloqlar tərəfindən təhlil edilir.
«Ailə
həkimi» efirə canlı çıxır. Həftədə 5 dəfə (4 gün – 50 dəqiqə,
5-ci gün – 40 dəqiqə) göstərilir. Verilişin aparıcısı peşəkar
həkimdir. Tamaşaçılarla telefon əlaqəsi saxlanılır və müraciət
edənlərin problemləri barədə onları istiqamətləndirən məlumat
və ya tövsiyələr verilir.
Maarifçilik
redaksiyasının baş redaktoru İlham Rəhimli, müavini Bəxtiyar
Bəxtiyarov, baş rejissoru Nazim Zeynalovdur.
|