Kino
və Dublyaj Redaksiyası
Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
kino redaksiyası 1956-cı ildən fəaliyyətə başlayıb. 1966-cı
ildə isə Dövlət Televiziyasında dublyaj redaksiyası da yaradılıb.
Kino və dublyaj redaksiyası Azərbaycan televiziyasının kino
siyasətini müəyyənləşdirir və efirdə milli mənəvi dəyərlərə
xidmət edən kino məhsullarının nümayiş etdirilməsinə çalışır.
Kino
və dublyaj redaksiyasında «Dünya kino ulduzları», «Kinoarena»,
«Kino-xəbər», «Kino və musiqi», «Kinoştrix», «Kinoda yaşayan
ömür» verilişləri hazırlanır.
Bundan başqa, həftədə bir dəfə kinoredaksiya Dövlət Film
Fondunun Kolleksiyasından olan filmləri tamaşaçılara təqdim
edir.
Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dilinin
qorunması və inkişaf etdirilməsi məsələsi aktuallaşdı və
filmlərin dublyaj edilməsinə böyük ehtiyac yarandı. 1994-cü
ildə fəaliyyətini bərpa edən Dublyaj redaksiyası Ümummilli
lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli «Dövlət
dilinin tətbiqinin təkmilləşdirilməsi tədbirləri haqqında»
fərmanından sonra daha güclü rejimdə işləməyə başladı. Hazırda
bu redaksiya ayda 30-40 saata qədər bədii, sənədli, çizgi
filmlərini dublyaj edir. Hər filmin dublyajına böyük aktyor
dəstəsi cəlb edilir.
Bu
redaksiyada Sevda Ağayeva, Afaq Əhmədova, Lalə Hüseynova,
Salar Aslanov, Ramiz Məmmədov kimi redaktorlar, Nazim Sadıqov,
Elbrus Zeynalov, Tahirə Hüseynova, Sənan Sultanov kimi rejissorlar
çalışırlar.
Kino
və dublyaj redaksiyasının baş redaktoru Səyavuş Məmmədov,
müavini Salar Aslanov, baş rejissoru isə Zahid İsmayılovdur.
|