Baş səhifə | Saytın xəritəsi | | | Seçilmişlər
Xəbərlər
Şirkətimiz
 Struktur
 Televiziya
r
 Radio

  Redaksiyalar
 Azərbaycan Telefilm
r
r
Proqram
Canlı yayım
Vakansiya
Əlaqə məlumat
 

TV Redaksiyaları

«Idman Proqramları» redaksiyası

«Idman Proqramları» redaksiyası

         Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində 2007-ci ilin əvvəlində baş verən struktur dəyişikliklərindən sonra «Idman Proqramları» redaksiyası müstəqil redaksiya kimi fəaliyyət göstərməyə başlayıb. Əvvəllər bu redaksiya «Gənclik» redaksiyasının tərkibində idi.
         Bu redaksiya futbol üzrə Azərbaycan çempionatının və kubokunun, Ispaniya çempionatının, habelə UEFA Kuboku, voleybol üzrə Dünya çempionatının oyunlarını tamaşaçılara təqdim edir.
         Ölkəmizdə keçirilən beynəlxalq görüşlər Azərbaycan televiziyasının çəkiliş qrupu tərəfindən dünyaya yayımlanır. Əvvəllər ölkəmizdə keçirilən bu yarışlar ayrı-ayrı idman federasiyalarının sifarişi ilə xarici telekanallar tərəfindən çəkilirdi. Bunun üçün Türkiyə, Gürcüstan və Almaniyadan xüsusi çəkiliş qrupları Azərbaycana gəlirdi və həmin görüşləri xarici tamaşaçılara təqdim edirdi. Hazırda bu oyunların yayımında Idman proqramları redaksiyasının yaradıcı heyəti ilə yanaşı AzTV-nin texniki işçilərinin böyük əməyi var. Avropa Televiziya Birliyi, eləcə də Almaniyanın «Sportfayv» şirkəti AzTV-nin təqdim etdiyi canlı yayımları bəyəndiyini rəsmi məktubla təsdiqləyib.
         «Idman proqramları» redaksiyası idman azarkeşlərinin zövqünü oxşamaq məqsədilə müxtəlif idman növlərinə həsr olunmuş verilişlər azırlayır. Redaksiyanın ən uzunömürlü verilişi «Şahmat klubu»dur. Tamaşaçılara həmçinin «Nokaut», «Miksfayt», «Idman icmalı», Futboltaym» və digər proqramlar təqdim edilir. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinə dair sənədli filmin ərsəyə gəlməsində də bu redaksiyanın əməyi böyükdür.

© Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2009
 
  Rambler's Top100