İctimai-Siyasi
Proqramlar redaksiyası
Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
İctimai-Siyasi Proqramlar redaksiyası həftə ərzində «Günün
nəbzi» (biri dörd nəfər qonaqla və tamaşaçılar olmaqla,
o biri isə bir və ya iki qonaq olmaqla iki formatda), «Həftə»,
«Bizim planet», «Kənd saatı» informasiya-analitik və ictimai-siyasi
proqramlarını tamaşaçılara təqdim edir. Hazırda daha iki
layihədən biri tam hazır, o biri isə hazırlanma mərhələsindədir.
Bu redaksiyanın əməkdaşları xüsusi çevikliklə tamaşaçıların
diqqətini ölkədə və dünyada baş verən ən vacib siyasi, ictimai,
sosial hadisələrə cəlb edir, onların mahiyyətini dürüst
və qərəzsiz mövqedən təhlil etməyə çalışırlar. Hadisələrə
politoloji və elmi nöqteyi-nəzərdən yanaşıldığı üçün redaksiyanın
fəaliyyəti tamaşaçılar tərəfindən bəyənilir.
İctimai-Siyasi
Proqramlar redaksiyasının baş redaktoru İbrahim Məmmədov,
baş rejissoru Pərviz İsgəndərovdur.
|