Baş səhifə | Saytın xəritəsi | | | Seçilmişlər
Xəbərlər
Şirkətimiz
 Struktur
 Televiziya
r
 Radio

  Redaksiyalar
 Azərbaycan Telefilm
r
r
Proqram
Canlı yayım
Vakansiya
Əlaqə
 

Şirkətimiz

          Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radiosudur.
          Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Televiziya məkanımızın BIRINCISININ izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
          2005-ci il martın 23-də Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
          Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir.
          2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. «Teleradio» Istehsalat Birliyinin mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV – Up-link stansiyası quraşdırması nəticəsində Azərbaycan televiziyasının verilişləri Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür.
          Azərbaycan teleradiosuna peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox telejurnalistimiz və rejissorumuz müxtəlif dövlət mükafatlarına - fəxri adlara, orden və medallara layiq görüldülər.
          2007-ci il Azərbaycan televiziyası üçün yeniliklər ili oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirilməkdədir. AzTV yenidən Azərbaycan teleməkanında ən peşəkar televiziya olmağa və televiziya dəbinin qanunvericisinə çevrilməyə çalışır.
          Hazırda Azərbaycan televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.

Hüquqi ünvanı:
Az1011, Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 1
Telefon: 492 38 07
Faks: 497 20 20

© Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2008
 
  Rambler's Top100