«Azərbaycan
Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin
sədri
Arif
Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində
anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına
Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat
və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil
alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı
dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı
İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar
fakültəsini bitirib.
Ali
təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb.
Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən
AzTV-də əmək fəaliyyətini davam etdirib.
1981-ci
ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci
ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində
çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru
vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri
Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28
mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan
Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr
müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə
təyin olunub.
İqtisad
elmləri namizədidir. Türk və rus dillərini bilir.
Evlidir,
3 övladı var.