Bakı vaxtı : 
Canlı yayım
Cəmiyyət

Vərəmlə mübarizə üzrə əməkdaşlığa dair 2 günlük konfrans işlə başlayıb

Ümumdünya vərəmlə mübarizə günü ərəfəsində Bakıda vərəmlə mübarizə üzrə əməkdaşlığa dair 2 günlük konfrans işlə başlayıb. Konfrans Ədliyyə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edilər. Şəhidlər Xiyabanında vətənin azadlığı uğrunda canından keçən övladlarımızın da məzarı ziyarət edilib, “Əbədi-məşəl” kompleksi önünə əklil qoyulub. Sonra dövlət rəsmiləri, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı konfrans işə başlayıb. Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda vərəmlə mübarizə sahəsində görülən işlərə nəzər salıb. Müasir penitensiar infrastrukturunun yaradıldığını, bu sahədə səmərəli ictimai nəzarətin həyata keçirildiyini deyib. Nazir penitensiar sistemdə vərəmlə mübarizədə əldə olunan yüksək nailiyyətlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunu qeyd edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin başçısı Paskal Mej-Vaqner qurumun Azərbaycanla 1995-ci ildən əməkdaşlıq etdiyini bildirdi. Komitənin vərəmə nəzarət proqramının icrasından danışaraq, ötən 15 ərzində böyük nailiyyətlər əldə olunduğu vurğulayıblar. Ombudsman Elmira Süleymanova konfransın bu gün üçün aktual olduğunu deyib. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev və Komitənin Azərbaycanda “Həbsxana Səhiyyə” proqramının rəhbəri Nikoloz Sadradze 15 il ərzində 11 mindən çox vərəmli məhkumun DOTS strategiyası üzrə müalicə olunduğunu, 2007-ci ildən xəstə məhkumlar üçün DOTS plus müalicə sisteminin başlandığını qeyd etdilər. Vərəmdən ölümün 35 dəfəyədək azaldığını da vurğulanıb. Sonra vərəmlə mübarizə üzrə proqramın 15 illiyinə həsr olunan film nümayiş olunub. Konfrans martın 30-da başa çatacaq.

 


Axtarış
Hava haqqında
Bakı (20-05-2013) :
Buludlu Gecə : +19 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir