MDB ölkələri Təbii və Texnogen Xarakterli Fövqəladə Hallar üzrə Dövlətlərarası Şuranın iclası keçirilib
Minskdə MDB Ölkələri Təbii və Texnogen Xarakterli Fövqəladə Hallar üzrə Dövlətlərarası Şuranın iclası keçirilib. İclasda şuranın və üzv ölkələrdəki əlaqədar qurumların əməkdaşlığı və fəaliyyəti, eləcə də MDB ölkələrinin fövqəladə halların aradan qaldırılmasında əməkdaşlığına dair hazırlanan Saziş layihəsi yüksək qiymətləndirilib. Şura üzvləri 2009-2010-cu illərdə görülən işlərin hesabatını verib, 2011-ci ildə həyata keçiriləcək əsas tədbirlərin planını təsdiqləyiblər. İclasda ekologiya sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub. Toplantının sonunda Şura MDB ölkələrində təbii və texnogen xarakterli fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafı və bu istiqamətdə verdiyi töhfəyə görə, Azərbaycan tərəfini mükafatlandırıb.


English
Русский




Bütün xəbərlər