Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarında səfərdədir
Xarici işlər naziri Elmar Məmmədyarovun Meksika Birləşmiş Ştatlarına rəsmi səfəri davam edir. Səfər çərçivəsində iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin perspektivləri müzakirə olunur. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr isə danışıqların əsas mövzuları sırasındadır. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, martın 29-a kimi davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarov meksikalı həmkarı Patrisiya Espinoza və Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüb. Eləcə də Meksika Diplomatik Akademiyası tərəfindən təşkil olunan “Azərbaycanın xarici siyasəti: çağırışlar və prioritetlər” mövzusunda elmi konfransda iştirak edəcək və yerli mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.


English
Русский




Bütün xəbərlər