Bakı vaxtı : 
Canlı yayım
Siyaset

AzərbaycanIn tolerantlığı dünya üçün nümunədir

Azərbaycan tolerantlığı, dinlər və mədəniyyətlərarası dialoqu ilə digər ölkələr üçün nümunədir. Bu sözləri avropa parlamentarlar Brüsseldə keçirilən “Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransda səsləndirərək digər ölkələrin Azərbaycanın təcrübəsindən yararlanmağın vacibliyini qeyd diblər. Avropa Parlamenti üzvlərinin, Belçika millət vəkillərinin, kütləvi informasiya vasitələri və dini icmaların nümayəndələrinin, diplomatların və ictimaiyyətin iştirak etdiyi “Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq” konfransda çıxış edənlər Azərbaycanın din və mədəniyyətlərin birgə mövcud olduğu tolerantlığa ən bariz nümunə kimi nadir məkanlardan biri olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycandan gəlmiş müsəlman, xristian, yəhudi və alban-udin dini icmalarının nümayəndələrinin konfransda iştirakı bunu bir daha sübut edir. Azərbaycanlılar zəngin mədəni irsə sahib, fərqli mədəniyyətlərə və dinlərə hər zaman hörmətlə yanaşıblar. Tədbirdə Azərbaycanda dini icmaların vəziyyəti, qeydə alınması və fəaliyyəti, dini dözümlülük və tolerantlıq mühitinin ümummilli lider Heydər Əliyevin din-dövlət konsepsiyasına uyğun olaraq möhkəmlənməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi, böyük tarixə malik dini məbədlərin bərpası, bu sahədə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolu barədə məlumat verilib. Azərbaycanda tolerantlıq ənənələrinin tarixi köklərindən, Azərbaycan torpaqlarında yəhudilərin sığınacaq tapmalarından, xristianlığın ilk ardıcıllarının Azərbaycana pənah gətirmələrindən, dövlət səviyyəsində bütün dini icmalara göstərilən qayğı, kilsə və sinaqoqların fəaliyyətindən, Alban-udin xristian icması, alban mədəniyyətinin və kilsələr də daxil olmaqla tarixi abidələrin erməniləşdirilməsi cəhdlərindən,  işğal olunmuş ərazilərdə mədəni irsimizin ermənilər tərəfindən dağıdılmasından söz açılıb. Azərbaycan toponimlərinin erməniləşdirilməsi kimi məlumatlar dinləyicilərin geniş marağına səbəb olub. Avropa Parlamentinin millət vəkilləri Azərbaycanın tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoqda digər ölkələr üçün nümunə olduğunu və bu təcrübədən yararlanmağın vacibliyini qeyd ediblər.

 

 

 

Axtarış
Hava haqqında
Bakı (23-05-2013) :
Azbuludlu Gecə : +17 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir