Bakı vaxtı : 
Canlı yayım
Xarici xəbərlər

Yaponiyada 5,6 bal gücündə növbəti zəlzələ baş verib

Yaponiyada növbəti dəfə gücü Rixter cədvəli ilə 5,6 bal olan yeraltı təkan baş verib. Milli meteoroloji xidmətin məlumatına görə, sunami təhlükəsi yaranmayıb. Zəlzələnin episentri Honsü adasının şimal-şərq sahillərində qeydə alınıb. Yeraltı təkanlar 47 prefekturadan 16-da hiss edilib. “Fukusima-1” atom elektrik stansiyasının istismarı ilə məşğul olan mütəxəssislər isə elektrik enerjisi ilə təminat və qəzalı reaktorların soyudulması üçün işlərin davam etdirildiyini bildiriblər. Zəlzələ və sunamidən sonra sıradan çıxan elektrik kabellərinin bərpası reaktorların soyudulmasında istifadə edilən nasosların işini bərpa edəcək. Lakin mütəxəssislər zəlzələnin soyutma sistemindəki bəzi sistemlərin sıradan çıxmasından ehtiyatlanırlar. Bu arada isə mütəxəssislər “Fukusima-1” atom elektrik stansiyasında baş verən qəzalardan sonra radioaktiv hissəciklərin Amerika Birləşmiş Ştatlarının Kaliforniya sahillərinə çatdığını bildiriblər. Radioaktiv hava dalğası ştatın mərkəzi sayılan Sokramento şəhərində qeydə alınıb. Mütəxəssislər radioaktiv maddələrin külək vasitəsilə gəldiyi qənaətindədirlər. Bu arda isə Yaponiya polisi təbii fəlakət nəticəsində həlak olan və itkin düşənlərin sayını açıqlayıb. Məlumata görə, təbii fəlakət nəticəsində həlak olan və xəsarət alanların sayı 18 min nəfəri ötüb. Artıq 7200 nəfərin həlak olduğu rəsmi bildirilib. İtkin düşənlərin sayı isə 10900 nəfərdən çoxdur. 2600 nəfərdən çox Yaponiya sakini yaralanıb. Axtarış-xilasetmə işləri isə ara vermir. Havanın qarlı və şaxtalı olması xilasetmə işlərində çətinliklər yaradır. Xilasedicilər isə dağıntılar altından bir nəfəri 8 gündən sonra sağ çıxara biliblər.