Bakı vaxtı : 
Canlı yayım
Siyaset

Vaşinqtonda “Azərbaycanın post-münaqişə ərazilərinin bərpası üzrə əsas prinsiplər” kitabının təqdimatı olub

Vaşinqtonda Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda “Azərbaycanın Post-Münaqişə Ərazilərinin Bərpası üzrə Əsas Prinsiplər” kitabının təqdimatı keçirilib. Kitabda Qarabağ probleminin siyasi həlli üzrə aparılan danışıqlar və ictimai müzakirələrlə yanaşı, nizamasalınma yolu tapılacağı təqdirdə işğal edilmiş torpaqlarda bərpa prosesinin necə və hansı surətlə aparılacağı məsələsi önə çəkilib.

Kitab  tədqiqatçılarının qənaətincə, işğal edilən ərazilərimiz geri qaytarıldıqdan sonra Azərbaycan hakimiyyəti üçün Dağlıq Qarabağ ətrafında yerləşən bölgələrin bərpası prioritet olacaq. Təxminən 30 milyard ABŞ dolları məbləğində vəsait hesabına başa gələcək bərpa işləri beş–yeddi il ərzində yekunlaşa bilər. Bərpa edilən ərazilərdə Bakının xaricində yerləşən Azərbaycanın digər bölgələrindən daha yüksək yaşayış standartları yaradılması zərurətini vurğulayan müəlliflər, əhalinin inkişafına səbəb olacaq bir sıra güzəştli və cəlbedici iqtisadi proqramları, bərpa işlərinin aparılması üçün müvafiq inzibati dövlət strukturlarının yaradılmasını da məqsədəuyğun sayırlar. Tədqiqatın nəticələrini şərh edən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Fredrik Starr qeyd edib ki, münaqişənin həlli tapıldıqdan sonra Azərbaycanın qarşında duran ərazilərin bərpası və məcburi köçkünlərin bu torpaqlara qaytarılması real işdir və bu səylər hazırlıqlı şəkildə aparılmalıdır.Kitabda Dünya Bankının bir sıra post-münaqişə ərazilərində bərpa üzrə hesabatlarını diqqətlə öyrənilib, onlara əsaslanaraq Azərbaycanda bu prosesin necə baş verəcəyi barədə mülahizələr öyrənilib. Kitabda tədqiqatlar nəticəsində bərpa işlərinin əsas istiqamətləri, ardıcıllığı, maraqlı tərəflərin yerinə yetirəcəyi vəzifələr, doğma evlərinə qayıdacaq yüz minlərlə azərbaycanlı məcburi köçkünün həyat standartlarının təmin edilməsi mərhələlərindən bəhs edilir.