Azərbaycan turizmi Əlcəzair jurnalında
Əlcəzairin "Tourisme" jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında məqalə dərc edilib. Jurnalist və tədqiqatçı Fadela Börd məqalədə Azərbaycana səfərinin Fəxri xiyaban və Şəhidlər xiyabanından başladığını qeyd edərək, Bakıda müxtəlif tarixi dövrlərdə müasir tipli binaların tikilməsinə baxmayaraq, İçərişəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğunun qorunub saxlandığını oxucuların nəzərinə çatdırıb. 1912-ci ildə tikilmiş Bakı Dövlət Filarmoniyasının ecazkarlığından bəhs edən müəllif folklor musiqi konsertinin, qadın və kişi rəqqasların milli geyimlərinin və rəqslərinin onlarda yüksək təəssüratlar doğurduğunu qeyd edib. Azərbaycana səfərin təəccüblü və maraqlı təəssüratlarla dolu olduğunu yazan müəllif "Biz Azərbaycanı sevdik" deyərək məqaləni bitirib.


English
Русский




Bütün xəbərlər