Quba diaqnostika mərkəzində ilk açıq ürək əməliyyatları aparılıb
Azərbaycanın şimal bölgəsində ilk dəfə olaraq açıq ürək əməliyyatları həyata keçirilib. 9 xəstənin ürəyində əməliyyat aparılıb.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Neft Şirkətinin vəsaiti hesabına Quba Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı aparılıb. Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim briqadasının ilk növbədə şəhid atası və Qarabağ müharibəsi əlili, 62 yaşlı Rafiq Heybətov, Şuşa şəhərindən məcburi köçkün, 4 yaşlı Nəzrin Xəlilova və 1 yaşlı Mədinə İbrahimovanın ürəyində apardıqları əməliyyatlar uğurla nəticələnib. Əməliyyatlar sabah da davam etdiriləcək. Humanitar aksiya ümumilikdə 9 xəstəni əhatə edir.
Ölkəmizdə aparılan sosial islahatların nəticəsi olaraq regionlarda inşa edilən müasir tipli Müalicə-Diaqnostika Mərkəzlərində indiyə qədər 200-dən çox xəstə üzərində açıq ürək əməliyyatı, 500-dən çox xəstə üzərində angiografiya müayinələri aparılıb.


English
Русский




Bütün xəbərlər