Bakı vaxtı : 
Canlı yayım
Mədəniyyət

Beynəlxalq muğam müsabiqəsində dinləmələr keçirilib

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam müsabiqəsinin martın 18-də ilk dinləmələri olub.

Beynəlxalq müsabiqənin püşkatma mərasimində sıra ardıcıllığı bəlli olan iştirakçılar öz ifalarını təqdim ediblər. Dinləmələrdə 6 ölkədən  olan musiqiçilər var idi.   İlk olaraq çıxış etmək isə Özbəkistandan olan “Ailə ” ansamblına nəsib olub. Musiqiçilərin ifası maraqla qarşılandı. Azərbaycan muğamlarının ifası da yadda qalan olub.  Daha sonra sıra milli muğam ifaçılarımıza gəlib. Babək Niftəliyevin ifasını böyük həyəcanla izləyən tamaşaçılar musiqiçini alqışlamaqdan yorurlmurdular. Çin-uyğur Muxtar Vilayətindən olan muğam ifaçılarından başlayaraq, İran musiqiçilərinə kimi, hər bir iştirakçının peşəkar ifası müsabiqənin  gərgin mübarizə şəraitində keçdiyini göstərirdi. Bu  rəngarəng ifalar münsiflərin  işini daha məsuliyyətli edirdi. Müsabiqə işini martın 19-da davam etdirəcək. Növbəti dinləmələrdə isə Azərbaycan, Mərakeş. Hindistan. Türkiyə və Küveytdən olan musiqiçilər yarışacaq.

 

 

 

Axtarış
Hava haqqında
Bakı (23-05-2013) :
Azbuludlu Gecə : +17 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir