Mədəniyyət
2-ci Beynəlxalq muğam festivalı ifaçılarının püşk atma mərasimi keçirilib
Kamera və Orqan musiqi zalında 2-ci Beynəlxalq Muğam festivalında iştirak edəcək muğam ifaçıları üçün püşk atma mərasimi keçirilib. Çin xalq respublikası, Özbəkistan, Hindistan, İran, Küveyt, və Türkiyəli muğam ifaçıları arasında yer sıralaması üçün püşk atıldı. Daha sonra ifaçıların adları açıqlanıb.
Xatırladaq ki, 2-ci Beynəlxalq Muğam festivalının növbəti mərhələsi mart 21-də H.Əliyev adına sarayda keçiriləcək. H.Əliyev Fondu, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşan müsabiqədə ölkəmizi Aytən Məmmədova, Ehtiram Hüseynov, Nişanə Baxışova, Babək Niftəliyev və Fərqanə Qasımova təmsil edəcək.


English
Русский




Bütün xəbərlər