Bakı vaxtı : 
Canlı yayım
Siyaset

Parisdə AŞPA-nın Mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək

Parisdə Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək. Azərbaycanın qurumdakı nümayəndə heyətinin də iştirak etdiyi toplantıda mədəniyyətlərarası dialoqda dini meyar, elektron mediada şəxsi informasiyaların qorunması və idarə olunması, AŞPA-da islahatların aparılması və digər məsələlər müzakirəyə çıxarılacaq. Gələn həftə isə Parisdə Avropa Şurası Parlament Assambleyasının Sosial, sağlamlıq və ailə işləri komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə gənclərin artıq çəkidən, şəkərli diabetdən qorunması, Avropada kimsəsiz uşaqların taleyi, onların cinsi zorakılığa məruz qalmasına qarşı tədbirlər, yoxsulluğun aradan qaldırılması və digər məsələlər daxildir.