Bakı vaxtı : 
Canlı yayım
Siyaset

ABŞ Konqresində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçiriləcək

Amerika Birləşmiş Ştatları Konqresində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçiriləcək. Toplantıda iştirak etmək üçün Milli Məclisin üzvləri Birləşmiş Ştatlara səfər edəcək. Konfransda münaqişənin tarixi, törətdiyi fəsadlar, problemin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq, mövzu ilə əlaqədar həqiqəti əks etdirən sənədlər təqdim olunacaq.
Səfər zamanı millət vəkilləri Azərbaycan və Türk diaspor şəbəkələrinin keçirdikləri  tədbirlərə də qatılacaqlar. Səfər martın 30-dək davam edəcək.