Bakı vaxtı : 
Canlı yayım
Siyaset

Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb

Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelin  başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb. Baş nazir Artur Rasizadə bu səfərin Ukrayna və Azərbaycan arasındakı əlaqələrin inkişafı istiqamətində önəmli addım olduğunu deyib. Qeyd edib ki, Azərbaycan Ukraynanı daim dost ölkə kimi görüb və hazırda bu dostluq yüksələn xətlə inkişaf edir. Diplomatik əlaqələrimizin möhkəmlənməsi isə ölkələrimiz arasında hüquqi bazanın yaranmasına şərait yaradacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən Artur Rasizadə bu məsələnin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırıb. Ukraynanın müdafiə naziri Mixail Yejel ölkəsinin bu münaqişənin həllində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Deyib ki, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq üçün yaxşı perspektivlər var. Ukraynalı nazir göstərilən qonaqpərvərlikdən məmnun qaldığını bildirib. Qonaq ölkələrimiz arasında mövcud siyasi-iqtisadi və mədəni münasibətlərin inkişafında maraqlı olduqlarını dilə gətirdi. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.