Bakı vaxtı : 
Canlı yayım
Xarici xəbərlər

Yaponiyada radiasiya təhlükəsinin qarşısını almaq üçün tədbirlər davam edir Yenilənib

Yaponiyanın Fukusima-1 atom stansiyasında partlayışlardan sonra radiasiya təhlükəsi artmaqda davam edir. Martın 11-də baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı da artıb. Son rəsmi məlumatlara görə, təbii fəlakət qurbanlarının sayı 5 min 178 nəfərə çatıb. 13 min insanın itkin düşdüyü, 2285 nəfərin isə yaralandığı bildirilir. Honsü adası sahillərində isə yenidən zəlzələ baş verib.

Yaponiyanın Honsü adası sahillərində Rixter cədvəlilə 5,7 bal gücündə yeni yeraltı təkan qeydə alınıb. Bundan əvvəl də gücü 5 və daha çox olan dörd zəlzələ baş verib. Hökumətin məlumatına görə isə, martın 11-də təbii fəlakət nəticəsində həlak olanların sayı artmaqdadır. Axtarışlar nəticəsində cəsədlərin tapıldığı bildirilir. Havanın qarlı və şaxtalı olması isə vəziyyəti daha da gərginləşdirib. Bölgədə ərzaq və yanacaq çatışmazlığı yaranıb. Bu arada “Fukusima-1” atom elektrik stansiyasının 3-cü enerji blokunda reaktorların soyudulmasını davam etdirir. Yaponiya özünümüdafiə qüvvələrinin helikopterləri enerji blokuna havadan su səpirlər. Yaponiyanın müdafiə naziri Tosimi Kitadzava bildirib ki, reaktorun hissələrini soyutmaq üçün 11 xüsusi su vuran maşın da ayrılıb. Atom elektrik stansiyasından 90 metr hündürlükdə radiasiya fonu saatda 87,4 millizivert təşkil edir. 300 metr hündürlükdə isə bu göstərici saatda 4,13 millizivertə bərabərdir. Atom elektrik stansiyasındakı vəziyyəti düzgün qiymətləndirmək üçün Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarəsindən də istifadə olunur. Xarici mütəxəssislər hələlik qəza baş verən stansiyadakı vəziyyətlə bağlı dəqiq fikir bildirmirlər. Atom enerjisi üzrə beynəlxalq agentliyin rəhbəri Yukiya Amano vəziyyətin elə də acınacaqlı olmadığını deyib. Bu arada dünyanın 102 ölkəsi təbii fəlakətdən ziyan çəkən Yaponiyaya yardım təklif edib. Bu ölkələr arasında Qabon və Ruanda kimi Afrika ölkələri də var. Rusiya Fövqəladə hallar nazirliyi təbii fəlakət zonasına 25 xilasedicisini göndərib. Rusiya rəsmiləri bildiriblər ki, xilasedicilərin sayı artırılaraq 180 nəfərə çatdırılacaq. Amerika Birləşmiş Ştatlarından isə 144 xilasedici və axtarış işləri üçün xüsusi təlim keçmiş 12 it  fəlakət zonasına göndərilib. “Qırmızı xaç” komitəsinin Cənubi Koreya filialı 1 milyon dollar maliyyə yardımı edib. Vyetnam və Birləşmiş Ştatlar da Yaponiyaya maliyyə yardımları ayırıb. Tayland 6,6 milyon dollarlıq humanitar yardım, Çin isə təbii fəlakət bölgəsinə 4,5 milyon dollarlıq ərzaq məhsulları göndərib. Bu arada zəlzələ və sunaminin vurduğu ziyanın ilkin məbləği açıqlanıb. İlkin hesablamalara görə, təbii fəlakət nəticəsində Yaponiyaya 180 milyard dollar ziyan dəyib. Bu, ölkənin ümumi daxili məhsulunun 3 faizi deməkdir.

 

 

 

Axtarış
Hava haqqında
Bakı (23-05-2013) :
Azbuludlu Gecə : +17 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir